# EVDƏQAL
# EVDƏQAL



12 May
2020
12:05
7859

12
May
12:05



Günəş sisteminin növbəti qonağı: SWAN kometi

25 mart 2020-ci ildə Avropa Kosmik Agentliyi (ESA) və NASA tərəfindən idarə olunan Günəş Heliosferik Rəsədxanasının (SOHO) kosmik gəmisində yerləşən SWAN (Solar Wind Anisotropies instrument) kamerası vasitəsilə çəkilmiş şəkillər müşahidəçilərin diqqətini cəlb edib.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından XeberOxu.Az-a verilən məlumata görə, Avstraliyalı həvəskar astronom Maykl Mattiazzo həmin şəkillər əsasında Aprel ayının 11-də bir quyruqlu obyekti kəşf edib. Bu quyruqlu ulduz SWAN kometi adlandırılıb və C/2020 F8 (SWAN) kimi kataloqlara salınıb.

Əslində SOHO-un SWAN kamerasının təyinatı kometləri qeyd etmək deyildir. Bu kamera, sadəcə olaraq Günəş sistemində olan hidrogenin tədqiqatı üçün uyğunlaşdırılmışdır. Məzh elə quyruqlu ulduzların əsas xüsusiyyətlərindən olan su-buz komponentindən əmələ gələn müəyyən miqdarda hidrogenin köməyi ilə kamera bu kometi qeyd edib. SWAN kometi Yerdən 1.1 astronomik vahid uzaqlıqda yerləşir. Bu kometi müşahidə etmək üçün cənub yarınkürəsi daha münasibdir. Komet may ayının ortalarına yaxın açıq gözlə də müşahidə oluna bilinəcək.

Hesablamalara görə, SWAN kometi, bu gün - may ayının 12-si Yerə ən yaxın məsafədən keçəcək (84 milyon km.) 27 May 2020-ci il tarixində isə komet periheliona çatacaq, yəni Günəşə ən yaxın məsafədən (64.4 milyon km) keçəcək.

Astronomlar fərz edir ki, komet bu aralar partlayış modunda olmalıdır. Bu müşahidəçilərə onu açıq gözlə görməyə şans yaradacaq. Bu yanma nəticəsində kometin parlaqlığı 3.5 ulduz ölçüsü pik həddinə çata bilər. Belə olduğu təqdirdə hətta Şimal yarımkürəsindən də o, rahat müşahidə oluna bilər.
Hal-hazırda komet astronomların proqnozlarına əsasən, öz parlağlığını 8-dən 5-ə qədər artırıb. Bu isə imkan verir ki, yardımçı vasitə olmadan o, gecə təmiz və qaranlıq səmada adi gözlə müşahidə olunsun. Bəzi müşahidəçilər artıq açıq gözlə izləyib və maraqlı şəkillərini də çəkiblər.

Qeyd edək ki, kometlərin xüsusiyyətlərindən də biri onların hərəkətlərinin proqnozlaşdıra bilinməməsidir. Nə qədər ki, həvəskarlar üçün fürsət var, gərək bu “qonağı” müşahidə etməyə çalışsınlar. Kometi müşahidə etmək istəyənlər onun hazırkı mövqeyində axtara bilərlər. Daha dəqiq komet 15 May 2020-də Triangulum (üçbucaq bürcü) bürcündə olacaq. 19, 20, 21 may gecələri SWAN kometi Alqol adlı ulduza yaxın olacaq.

Proqnozlara əsasən iyulun əvvələrində bu səma cismi özünün ən parlaq həddinə çatacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.