Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Iyun
2019
11:24
3747



Bakıxanovda piyadanı vurub qaçan sürücü barədə cinayət işi başlandı

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Xeberoxu.az-a daxil olan birgə məlumata görə, iyunun 17-də paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Zamiq Məmmədovun idarə etdiyi “Hyundai” markalı, 10-FS-939 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1952-ci il təvəllüdlü Zemfira Rozakovanı vuraraq hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla hadisənin Z.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsi və yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az