Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



29 Iyun
2019
18:25
3252



"Fast Fashion" - biznesin gizlədilən tərəfləri

Son zamanlar daha da məşhurlaşmaqda olan online alış-veriş saytlarının Azərbaycanda da populyarlıq qazanması yəqin ki, təsadüfi deyil: rahat çatdırılma və nisbətən ucuz qiymətlər.XeberOxu.Az-ın məlumatına görə, Ölkəmizdə olduğu kimi, bütün dünyada geyim həvəskarlarının diqqətini çox aşağı qiymətlərlə cəlb edən bu məhsullar haqqında başqa nə bilirik? Gündəlik xərclərimizdən fərqlənməyən qiymətlərlə əldə olunan bu geyimlər bizə elə də ucuz başa gəlmir. Bohoo, Misguided və s. kimi saytlarda 5 Euro kimi kiçik məbləğlər bu şirkətlərə on milyardlar qazandırsa da, ətraf mühitə çox ciddi zərər vururlar. “Fast fashion” adlanan, trendlərə uyğunlaşmaq üçün sürətli məhsul istehsal edən tekstil sənayesi havanı bir ildə 1.2 milyard karbon qazı (CO2) ilə çirkləndirir, hansı ki beynəlxalq aviasiyanın və kargo xidmətlərinin birlikdə ətraf mühitə vurduğu zərərdən daha çoxdur. Bundan əlavə, okeanlardakı kimyəvi və plastik çirklənmənin 35%-i də tekstil sənayesinin ətraf mühiti çirkləndirməsinin nəticəsidir.

     Fast fashion-un yaratdığı çətinliklər, təəssüf ki, bununla məhdudlaşmır. Ucuz başa gələn geyimlərin arxasında, əlbəttə ki, ucuz işçi qüvvəsi durur, hansı ki, bunun da əsasında qadın əməyi durur. Əksər hallarda bu inkişaf etməkdə olan ölkələrdə adi hal sayılsa da, Böyük Britaniya kimi bir ölkədə bəzi manufakturalarda da buna rast gəlmək olar, belə ki, bu fabriklərdə ölkənin orta göstəricilərindən çox aşağı olmasına baxmayaraq, işçilər saatı 3 Euro-dan işləyirlər.

Göründüyü kimi, ucuz geyimləri almaq hər nə qədər sərfəli görünsə də, onların ətraf mühit və sosial baxımdan vurduqları zərəri gördükdə heç də ucuz başa gəlmədiyini anlayırıq. Belə halları azaltmaq üçün isə theguardian.com-un istifadəçilərinə geyim alarkən daha çox təbii materiallara üstünlük vermək, daha çox istifadəyə yararlı geyimlər almaq, geyim alarkən online alış-verişə çox üstünlük verməmək və s. kimi bir sıra tövsiyələri var. Ucuz qiymətli geyimləri almaq belə məhsullara tələbi artırır, bununla da müqaviləsiz, ucuz işçi qüvvəsinin, insan əməyinin istismarına təkan verir, eyni zamanda da ətraf mühitə vurulan bu ağlasığmaz ziyanın qarşılığında gələcəyimiz təhlükə altına düşmüş olur.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az