Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Iyul
2019
01:24
1608



Ağcabədidə 4 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulu

Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XeberOxu.az-a verilən məlumata görə, 18 kilometrlik yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Yolun əsaslı şəkildə bərpası yolboyu 4 yaşayış məntəqəsində yaşayan əhalinin sevincinə səbəb olub.

Layihəyə uyğun olaraq, yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bu, 4,2 kilometr Boyat, 4 kilometr Qaraxanlı və 3,1 kilometr uzunluğa malik Hacılar kəndlərinə gedən və kənlərin daxili avtomobil yolları, həmçinin uzunluğu 6,7 kilometr olan Biləyən kəndinin yoludur. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Yenidənqurma işləri çərçiəsində 416 poqonmetr uzunluğunda müxtəlif diametrlərə malik dəmir-beton boruların quraşdırılması işləri aparılıb. Həmçinin “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yol əsasının inşası, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Layihənin sonuncu mərhələsində yolboyu 5 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı və məlumatverici lövhə, 344 təhlükəsizlik dirəklərinin, yolun dərələrdən keçən hissələrində hər iki tərəfdən 610 poqonmetr əyrixətli tirlərin quraşdırılması və yolda xətlənmə işləri aparılmaqla yaxın müddət ərzində müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub.

Ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az