Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
15:35
789



Deputat: Ölkəyə, onun rəhbərliyinə şər-böhtan atanların əməllərinə hüquqi qiymət verilməlidir

Ölkədən kənarda yaşayan bəzi mühacirlər - Orduxan Teymurxan, Sevinc Osmanqızı və bu qəbildən olan digərləri Azərbaycanın əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Onlar satqınlıq edirlər, erməni lobbisindən, Azərbaycanı sevməyən qüvvələrdən dəstək alırlar. Çalışırlar ki, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salsınlar.

XeberOxu.az-ın məlumatına görə, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, həmin şəxslər ölkədə aparılan uğurlu iqtisadi siyasəti görməzdən gəlirlər. Daim qarayaxma kampaniyası aparmaqla, böhtan atmaqla məşğuldurlar: "Sosial şəbəkələr vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olan söyüş və təhqirlər səsləndirirlər. Təbii ki, elə satqınları Azərbaycan xalqı lənətləyir, əməllərini pisləyir. Azərbaycan hər hansı bir beynəlxalq uğura imza atan kimi onlar hərəkətə keçirlər, əks-təbliğat aparırlar. Bunlarla bərabər, ölkə daxilində eyni mənbədən qidalanan radikal müxalifət də var.

"Milli Şura" adlandırılan təşkilat, xüsusilə Cəmil Həsənli, Gözəl Bayramlı, Əli Kərimli kimi şəxslər ölkə əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Onlar Azərbaycanda həyata keçirilən hər bir islahatı ləkələməyə çalışırlar. Bu il Prezident İlham Əliyev sosial rifahın yaxşılaşdırılması üçün sərəncamlar imzaladı. Radikal müxalifət hər vəchlə bu müsbət addımı gözdən salmağa səy göstərir, aparılan islahatlarda öz təsir güclərinin olduğunu zənn edirlər. Bir sözlə, bu şəxslər yalan danışmağa, hər şeyə mənfi münasibət göstərməyə öyrəşiblər".

Deputat vurğulayıb ki, Azərbaycanın hüquq mühafizə orqanları ölkəyə, onun rəhbərliyinə şər, böhtan atanların əməllərinə hüquqi qiymət verməlidir:

"İnanırıq ki, Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən ölkəmizin imicinə zərər gətirən şər-böhtançılara layiqli hüquqi qiymət veriləcək. Həmin şəxslər nə qədər gec deyil, Prezident İlham Əliyevdən və Azərbaycan xalqından üzr istəməlidirlər".

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az