Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Iyul
2019
10:33
744



Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılova Türkiyədə 15 iyul – çevriliş cəhdinin qarşısının alınmasının 3-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün Ankarada səfərdədir.

Məclis Aparatından XeberOxu.az-a verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun dəvəti ilə həyata keçirilən səfər zamanı nümayəndə heyətimiz 2016-cı ildə baş vermiş çevriliş cəhdinin qarşısının alınmasının ildönümü münasibəti ilə təşkil olunmuş parlamentin xüsusi iclasına qatılacaq.

Yığıncaqda bu hadisələr zamanı həlak olanların xatirəsi anılacaq, dövlət çevrilişi cəhdinin ağır nəticələri və onların aradan qaldırılması barədə danışılacaq, həmin gün dost ölkələr tərəfindən dövlətçilik və demokratiya uğrunda mübarizədə Türkiyə xalqına verilən dəstəkdən söhbət açılacaq, bir sıra sənədlər nümayiş olunacaq.

Səfər iyulun 16-da başa çatacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az