Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Iyul
2019
11:18
789



XİN ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası – 100 il” adlı diplomatiya həftəsi təşkil edir

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi çərçivəsində 2019-cu ilin 15-19 iyul tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası – 100 il” adlı diplomatiya həftəsi təşkil edir.

XeberOxu.az-ın məlumatına görə, Azərbaycanın xarici siyasəti və nailiyyətləri ilə bağlı ölkəmizin aparıcı ali təhsil ocaqlarında təhsil alan 50-yə yaxın tələbəyə sahə üzrə daha dolğun məlumatların verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəsmiləri, eləcə də diplomatik nümayəndəliklərimizin rəhbərləri tərəfindən mühazirə və seminarlar təşkil olunacaqdır.

Tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin zəngin irsi barədə daha geniş məlumatın verilməsi məqsədilə tələbələrin Heydər Əliyev Mərkəzinə səfəri nəzərdə tutulub.

Habelə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş baş prodüseri xanım Arzu Əliyevanın olduğu “Əbədi ezamiyyət” sənədli filminin nümayişi nəzərdə tutulub.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az