Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
15:08
144



Gürcüstan polisi İran və Yunanıstan vətəndaşlarından küllü miqdarda narkotik maddə götürüb

Gürcüstan polisi böyük miqdarda narkotik maddə və vasitə daşıyan kişi və qadını saxlayıb.

XeberOxu.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Polis Departamentinin direktoru Mamuka Çelidze bu gün keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, saxlanılanlar İran və Yunanıstan vətəndaşlarıdır.

Tbilisi-Senaki-Leselidze avtomobil magistralında saxlanılan şəxsin avtomobilindən 1002 subuteks həbi və 164 hissəyə bölünmüş narkotik maddə götürülüb.

Yenə həmin avtomagistralda saxlanılmış qadının avtomobilindən isə 293 ədəd MDMA həbi götürülüb.

Eyni zamanda, onlardan yeni kimyəvi üsulla hazırlanmış narkotik vasitə götürülüb.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək həbs cəzası gözləyir.

Çelidze bildirib ki, cari il yanvarın 1-dən avqustun 14-dək polis, ümumilikdə, 22 kiloqram heroin, 2 kiloqrama yaxın kokain, 3,5 min həb ekstaz, 8 min 500 subuteks həbi, 9 kiloqramdan çox yeni psixoaktiv maddə müsadirə edib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az