Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
09:15
288

02
Sen
09:15



HP şirkətinin baş direktoru dəyişib

Dion Vaysler ailə vəziyyəti ilə əlaqədar HP şirkətinin baş direktoru vəzifəsini tərk etmək qərarına gəlib.

Xeberoxu.az xəbər verir ki,  Fins.az ICTnews-a istinadən bildirir ki, artıq noyabrda internet texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətin hazırkı rəhbəri doğma vətəni - Avstraliyaya dönəcək.

Məlumata görə, yeni baş direktor isə Enrike Lores təyin olunub. 2015-ci ildən şirkət prezidenti vəzifəsini icra edən D.Vaysler səhmdarların növbəti ildə keçiriləcək görüşünədək Direktorlar Şurasına daxil olacaq.

Qeyd edək ki, mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşən HP 2015-ci ildə "Hewlett-Packard" şirkətinin bölünməsi nəticəsində yaradılıb. Həmin vaxt, həmçinin digər şirkət - "Hewlett Packard Enterprise" təsis edilib. HP şirkəti "Hewlett Packard"ın rəsmi hüquqi varisi olmaqla birjada onun internet domenini və adını saxlayıb. Kompüter, printer və onların komponent hissələrinin istehsalı ilə məşğul olan HP şirkətinin kapitallaşması 28 milyard dolları ötür.


Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az