29 Iyul
2020
10:03
7403
29
Iyul
10:03



Hacı Beyləqanski 19 il müddətinə həbs edildi

Rusiyanın paytaxtı Moskva şəhərində Hacıbaba Talıbxanlıya (Hacı Beyləqanski) hökm oxunub. XeberOxu.Az“Qafqazinfo”-a istisnadən xəbər verir ki,  Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinə istinadən xəbər verir ki, o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

H.Talıbxanlı iki və ya daha çox insanın öldürülməsinə cəhd, qətl, qanunsuz silah dövriyyəsi, giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçməkdə təqsirli bilinib.

Məlumata görə, istintaq və məhkəmə müəyyən edib ki, 2012-ci ilin aprelində təqsirləndirilən şəxs etnik cinayətkar qrupun üzvü olaraq Moskvada rəqib qrupun 1960-cı il təvəllüdlü iştirakçısı və onun 1986-cı il təvəllüdlü tanışının olduğu "Toyota Land Cruiser" avtomobilinə bir neçə atəş açıb. Kişi aldığı yaralardan yerində dünyasını dəyişib.

İstintaq çərçivəsində müəyyən edilib ki, təqsirləndirilən şəxsi həmin cinayəti törətməyə vadar edən onun öz statusunu və kriminal nüfuzunu möhkəmləndirmək istəyi olub.

Araşdırmalar zamanı istintaq şübhəli bilinən şəxsin cinayət əməllərində iştirak etdiyini təsdiq edən təkzibedilməz sübutlar əldə edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Hacı Beyləqanski 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Siyəzəndə dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın söndürüldü







Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub







Füzulidə partlayış: ANAMA baxış keçirdi







Göyçayda üçotaqlı ev yanıb


Digər Kriminal xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.