06 Mart 2021
23:00
![]() |
06
Mart 23:00
![]() İRNA agentliyi Azərbaycan Prezidentinin İƏT-in Zirvə toplantısındakı çıxışından bəhs edən məqalə yayıb İran mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 14-cü toplantısındakı məzmunlu çıxışına geniş yer verib. XeberOxu.Az-ın məlumatına görə, İRNA saytında “Bakı, Ankara, Tehran beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsi üçün vahid mövqedən çıxış edirlər” sərlövhəli məqalə dərc olunub. Qeyd edək ki, bu fikri Prezident İlham Əliyev toplantıdakı çıxışı zamanı səsləndirib və sayt bu sözləri məqalənin sərlövhəsinə çıxarıb. Materialda Azərbaycan Prezidentinin fikirlərinə istinad olunaraq nəzərə çatdırılıb ki, Qarabağın işğaldan azad olunması regionda siyasi və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycan regionda sülh və sabitliyin bərpa olunmasını düşünür və bu istiqamətdə addımlar atır. Prezident bölgədə nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycan, Türkiyə və İranın ortaq mövqedə olduqlarını vurğulayaraq bildirib ki, Ermənistan konstruktiv mövqe tutarsa, bu prosesdən faydalana bilər. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının digər bölgələri arasında nəqliyyat dəhlizinə toxunaraq İƏT-ə üzv ölkələri bu dəhlizdən faydalanmağa dəvət edib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
İmişlidə 26 yaşlı gənc intihar etdi
Abşeronda avtomobil piyadanı vurdu
Bakıda 43 yaşlı kişi bıçaqlandı
Bakıda özünü dənizə atan şəxs xilas edilib
|