XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



08 Mart
2021
23:30
707
08
Mart
23:30



Arkanzas maska rejiminin ləğv ediləcəyi növbəti ştat olmağa hazırlaşır

Qubernator Asa Hatçinson bildirib ki, Amerika ştatlarında koronavirusa yoluxma və bu xəstəlikdən ölüm faizi göstəricilərinin azalması müşahidə olunduğu üçün Arkanzas bu ayın sonunda maska rejiminin ləğv ediləcəyi növbəti ştat olmağı planlaşdırır.

XeberOxu.Az-ın məlumatına görə,  Hatçinsonun sözlərinə görə, ştatın COVID-19 üzrə təlimatları martın 31-dən etibarən yalnız “rəhbərlik” hesab ediləcək, yəni maska taxmayan fiziki və hüquqi şəxslər buna görə cərimə olunmayacaqlar.

“The New York Times”-ın şənbə günü üçün olan məlumatına görə, Arkanzas ştatında orta hesabla gündə 373 hadisə qeydə alınıb. Bu, iki həftə əvvəlki rəqəmlə müqayisədə orta hesabla 2 faiz azdır. Hatçinson bazar günü “Fox News” telekanalında çıxış edərək deyib ki, məhdudiyyətləri mümkün qədər tezliklə yumşaltmaq istəyir. Qubernator Hatçinson Texas və Missisipi ştatlarında maska rejiminin ləğv edilməsi və iqtisadiyyatın tamamilə açılması barədə bu yaxınlarda qəbul olunmuş qərarlara istinad edib.

Bütövlükdə, COVID-19 pandemiyası dövründə Birləşmiş Ştatlarda 28.973.018 yoluxma və 524.698 ölüm hadisəsi qeydə alınıb. Bu göstəricilər üzrə ABŞ dünyada birinci yerdə qalmaqda davam edir.

Cons Hopkins Universitetinin məlumatlarına əsasən, şənbə günü 58.411 yeni koronavirusa yoluxma hadisəsi və 1485 ölüm faktı qeydə alınıb. Ağ ev və ABŞ Səhiyyə Nazirliyi maska rejiminin belə sürətlə ləğv edilməsini məsləhət görmürlər.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.