15 Noy
2019
20:29
6197

15
Noy
20:29



65 nəfər əlilliyi olan şəxsə reabilitasiya vasitələri yaşadıqları rayonda təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi bölgələrdə səyyar formada protez-ortopedik xidmətlərini davam etdirir.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, Mərkəz tərəfindən Qobustan, Şamaxı İsmayıllı, Qəbələ, Oğuz rayonlarında yaşayan 65 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara aparılaraq təqdim edilib.

Onlar ehtiyaclarına uyğun olaraq 6 əlil arabası, 72 cüt protez və ortopedik ayaqqabı, 6 ədəd aşağı ətraf və yuxarı ətraf tutoru-ortezi, habelə aparat–ortezi ilə təmin olunublar. Həmçinin qeyd edilən şəxslərə 49 ədəd əsa, 41 cüt dirsəkaltı və qoltuqaltı ağac, 1 ədəd bandaj, 61 ədəd güdül üçün corab və dizlik, yara əleyhinə 6 ədəd döşəkcə, 20 ədəd dartıcı elastik boru, 72 ədəd rezin ucluq verilib.

Ümumilikdə 68 şəxsin 334 reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Sosial xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.