21 Noy
2019
19:50
5946

21
Noy
19:50



39 yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı sahəsində mühüm işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XeberOxu.Az-a  verilən məlumata görə, bu işlərin davamı kimi, nazirlik bu gün Ağcabədi, Bərdə, Ağdam, Sabirabad və s. rayonlarda yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verdi.

Ağcabədi rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin vətəndaş rifahının təminatı istiqamətində əhəmiyyətli irəliləyişlərə imkan verdiyini vurğulayıb. O, cari ildə həyata keçirilən sosial islahatların nəticələrini, sosial ödənişlərdə edilən ciddi artımları diqqətə çatdırıb. Həssas qruplardan olan vətəndaşların da maddi təminatlarının artırılması sahəsində atılan mühüm addımları qeyd edib.

N.Rəhimov deyib ki, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2019-cu il ərzində nazirlik tərəfindən 934 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı rayon və şəhərlərində artıq 386 mənzil və fərdi yaşayış evi təqdim edilib. İlin sonuna qədər bu kateqoriyalardan olan daha 550-yə yaxın vətəndaş da mənzillə təmin ediləcək.

Ümumilikdə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7040 mənzil və fərdi ev verilib.

Yeni fərdi yaşayış evlərinin sahibləri hər bir sahədə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıb, onların maddi təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərə, yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Sosial xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.