02 Dek
2019
13:12
5334

02
Dek
13:12



Azərbaycanda xəstəxanalarda qeydiyyatda olan hamilə qadınlar SMS vasitəsi ilə maarifləndiriləcək
Bu gün UNİCEF və İcbari Tibbi Sığorta Agentliyinin təşkilatçılığı ilə “Ana və uşaq sağlamlığı üzrə SMS maarifləndirmə”  pilot layihəsinə həsr olunmuş tədbir keçirilib.
 
Xeberoxu.Az-ın məlumatına görə, tədbirdə ana və uşaqların sağlamlığının qorunması üçün həyata keçirilən proqramlardan, görülən işlərdən danışan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib ki, icbari sığorta ilə əlaqədar pilot layihə həyata keçirilən Mingəçevir, Yevlax və Ağdaş rayonlarında “Körpə dostu” standartlarının tətbiqi ilə bağlı “Ana və uşaq sağlamlığı üzrə SMS maarifləndirmə” təşkil edilib, hamilə qadınlar SMS-lər vasitəsi ilə maarifləndirilib.
 
Z. Əliyev qeyd edib ki, əhalinin 27 faizi uşaqlardan ibarətdir: “Gələn ildən tətbiq ediləcək icbari sığorta çərçivəsində xidmətlər zərfində xüsusilə ana və uşaqların salamlığının qorunması ilə bağlı xidmətlərin beynəlxalq standartlara uyğun olmasına çalışmışıq ki, ana və uşaqlar daha sağlam olsunlar. Bu layihələrdən biri də SMS layihəsidir. Hazırda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) də ana və uşaq xəstəlikləri, əhalini maraqlandıran digər suallarla bağlı geniş maarifləndirici saytının hazırlanması üzərində iş gedir. İnanıram ki, gələn ilin əvvəllərində bu saytı ictimaiyyətə təqdim edəcəyik. Gələcəkdə SMS maarifləndirmə vasitəsi ilə “Körpə dostu” standartlarının tətbiqini bütün xəstəxanalarda həyata keçirəcəyimizə inanırıq”.
Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Sosial xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.