16 Dek
2019
21:56
4137

16
Dek
21:56



"Sosial layihələr" müsabiqəsi çərçivəsində ölkəmizdə jest dili lüğəti yaradılacaq -Yenilənib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib gələn “Doğma jest dili” layihəsinin icrasına başlanılıb.

XeberOxu.Az-ın məlumatına görə, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Karlara dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olanların əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarının artırılması və ətrafdakılarla ünsiyyətin təşkilini nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.

Müəyyən söz toplusunun əks olunacağı lüğət eşitmə və nitq məhdudiyyəti olanların işarət dilində olan sözlərini müvafiq jestlərlə izah edəcək və onların ünsiyyət zamanı qarşılaşdığı çətinliklərini aradan qaldıracaq. Bundan başqa sözlərin şəkillər ilə izahını verməklə yanaşı, jest dilinin vacib hissəsi sayılan mimika ilə ifadə edilən işarələri təsvir edən məlumatlardan ibarət veb səhifə və mobil tətbiqin hazırlanması da nəzərdə tutulur.

Layihə eyni zamanda eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınları və onlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlərin istifadəsi üçün faydalı vəsait rolu oynayacaq.

Qeyd edək ki, “Sosial layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsi, habelə həyat və sağlamlığının qorunması, elm və təhsilin inkişafı, innovativ ideyaların reallaşdırılması və maarifləndirmə işinin təkmilləşdirilməsi, təbiət və ətraf mühitin mühafizəsi, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunması, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Sosial xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.