18 Yan
2020
17:56
1088

18
Yan
17:56



Əli Əhmədov: 20 Yanvar faciəsini törədənlərin heç biri bu günə qədər cəzalarını almayıb

20 yanvar faciəsi sadəcə olaraq Azərbaycan xalqının başına gətirilən faciə deyildi, bu, xalqımıza qarşı törədilən qanlı cinayət idi.

XeberOxu.Az-ın məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyasında keçirilən anım tədbirində deyib.

Ə.Əhmədov bildirib ki, bu cinayəti törədənlər də o zamankı sovet imperiyasının rəhbərliyində olanlar idi: “Tarixdə törədilən cinayətlərə görə cavab verilməməsi hallarına demək olar ki, rast gəlmək mümkün deyil. 20 Yanvar faciəsi yeganə haldır ki, bunu törədənlərin heç biri bu günə qədər cəzalarını almayıb, həm bu qırğının törədilməsinə əmr verənlər, həm də onu icra edənlər.

Azərbaycan xaqının ümummilli lideri Heydər Əliyev faciənin törədilməsinin növbəti günündə baş verənlərin əsl baiskarı və səbəbkarını, o zamanlar Sovet İttifaqına rəhbərlik edən Qorbaçovu ciddi şəkildə ittiham etdi və bu faciəyə hüquqi-siyasi qiymət verilməsi tələbini irəli sürdü. Hesab edirəm ki, biz 30 il bundan əvvəl törədilən faciəni sadəcə olaraq Azərbaycan tarixinin hüzn günü kimi qeyd etməli deyilik. Bu, Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. 30 il ötüb, bu gün Azərbaycan müstəqil dövlətdir, həmin faciə törədiləndən təqribən bir il sonra sovet hakimiyyəti çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu.

Bu gün ayrıca olaraq vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş şəhidlərimizin böyük rolu var. Azərbaycan xalqı 20 yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq”.

Daha sonra tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, 1990-cı il 20 Yanvar hadisələri sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.