18 Yan
2020
20:59
804

18
Yan
20:59



AGF-nin 10-cu Ümumi Yığıncağı keçirilib

18 yanvar tarixində Azərbaycan Gimnastika Federasiyasının 10-cu Ümumi Yığıncağı keçirilib.

Federasiyadan Xeberoxu.Az-a verilən məlumata görə, 2019-cu ilin yekunlarına həsr olunmuş tədbirdə AGF İcra Komitəsinin üzvləri, təsisçi qurumların nümayəndələri, federasiya nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların məşqçiləri və gimnastları iştirak ediblər.

Rəsmi açılışdan sonra yığıncağın gündəliyində duran məsələlərə keçid alınıb. Gündəlikdə federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlərə toxunulub.

İlk öncə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri təsdiq olunub. Daha sonra 9-cu Ümumi Yığıncağın protokolu və 10-cu Ümumi Yığıncağın gündəliyi təsdiqlənib.

Yığıncaqda AGF-nin Baş Katibi Nurlana Məmmədzadənin 2019-cu il üzrə hesabatı və federasiyanın Baş mühasibi Viktoriya Abuşovanın hesabatı dinlənilib və təsdiq edilib.

Daha sonra gimnastika sahəsində müəyyən nailiyyət və ya xidmətləri olan şəxslərə xatirə medalları təqdim olunub.

Bədii gimnastika üzrə yığma komandanın məşqçisi Yevgeniya Velyayeva, akrobatika gimnastikası üzrə yığmanın Baş məşqçisi İradə Qurbanova, gimnastlar Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı, eləcə də qadın idman gimnastikası üzrə Baş məşqçi Pşemislav Lis bürünc medalla təltif ediliblər.

Aerobika gimnastikası üzrə aerodans qrupunun üzləri Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva, Akif Kərimli, Ayxan Əhmədli, Nigar İbrahimbəyli gümüş medala, həmin növ üzrə Baş məşqçi Marian Kolev isə qızıl medala layiq görülüb.

Rəsmi bağlanışla Ümumi Yığıncağın işi yekunlaşıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.