18 Yan
2020
21:10
1129

18
Yan
21:10



“Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı

20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı “Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin kollektivləri birgə tədbir keçiriblər.

Xeberoxu.Az-ın məlumatına əsasən, şahidlərin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükütdan sonra 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı hazırlanan filmin nümayişi olub.

Daha sonra Qarabağ müharibəsi iştirakçısı olan “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, hər iki qurumun digər rəsmi şəxsləri, o cümlədən 20 Yanvar faciəsində yaralanan energetiklər 30 il əvvəl baş verən hadisələrdən danışıblar. Bildirilib ki, Azərbaycan xalqının həyatında və yaddaşında dərin iz qoyan, onun sonrakı taleyinə bilavasitə təsir edən hadisələr sırasında 1990-cı ilin 20 Yanvar hadisələrinin özünəməxsus yeri var.

Qeyd olunub ki, 20 Yanvar faciəsi çoxsaylı insan təlafatı ilə nəticələnsə də, Azərbaycan müstəqilli tarixinə qanla yazılan şərəfli tarixdir.

Sonda onu da nəzərinizə çatdıraq ki, 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı “Azərenerji” ASC-nin elektrik stansiyalarında, regional elektrik şəbəkələrində anım tədbirləri keçirilib. Eyni zamanda “Azərenerji” ASC-də çalışan şəhid ailələrinə birdəfəlik maddi yardım verilməsi ilə bağlı müvafiq əmr verilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.