18 Yan
2020
21:11
1040

18
Yan
21:11



Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə növbəti görüşünü keçirib

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində bu gün Yasamal rayonunda Ağdamdan olan məcburi köçkün seçiciləri ilə görüş keçirib.

Xeberoxu.Az-ın məlumatına görə, görüşdə ilk öncə Bəxtiyar Əliyev Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar, ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, o cümlədən Dövlət başçısının məcburi köçkünlərə diqqət və qayğısı haqqında söhbət açıb. B.Əliyev bildirib ki, Azərbaycanın iqtisadi imkanları artdıqca insanlarımıza, o cümlədən məcburi köçkünlərə olan diqqət daha da artırılır, onların sosial və mənzil şəraiti yaxşılaşdırılır. Görüş zamanı məcburi köçkünlər də Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatları, ölkənmizin günbəgün inkişafını, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını, onların yeni mənzillərlə təmin olunmasını yüksək qiymətləndirib və daim dövlət başçısı ətrafında sıx birləşdirklərini diqqətə çatdırıblar.

Məcburi köçkünlər, həmçinin deputatlığa namizəd Bəxtiytar Əliyevin indiyə qədər Milli Məclisin üzvü kimi fəaliyyətini yüksək qiymətləndirdiklərini, onun məcburi köçkünlərlə daim yaxında maraqlandığını, qaldırılan məsələlərə operativ reaksiya verdiyini qeyd ediblər. Bildirilib ki, B.Əliyev Milli Məclisin üzvü olduğu müddətdə daim seçicilərini diqqətdə saxlayıb, müntəzəm olaraq seçiciləri ilə görüşüb və onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görüb.

Məcburi köçkünlər növbəti dəfə də Bəxtiyar Əliyevin Milli Məclisdə onları təmsil etməsini istədiklərini vurğulayıblar. Onlar Bəxtiyar Əliyevin seçicilər arasında rəğbət qazandığını bildiriblər və seçkilərdə ona səs verəcəklərini vurğulayıblar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.