18 Yan
2020
22:47
1254

18
Yan
22:47



Hikmət Hacıyev: Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir.

XeberOxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Radio France Internationale” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, əməkdaşlıq üçün imkanlar mövcuddur:

“Avropada qaza tələbat artır və Azərbaycan qaz tədarükünə öz töhfəsi ilə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir, eləcə də öz iqtisadi inkişafına xidmət edir. Bu, qarşılıqlı səmərəli əməkdaşlıqdır”.

H.Hacıyev əlavə edib ki, Azərbaycan 40 milyard dollar dəyərində “Cənub Qaz Dəhlizi”ni reallaşdırır və bunun vasitəsilə Azərbaycan qazı Xəzər dənizindən Avropaya çatdırılacaq:

“Bu dəhlizin marşrutu boyunca yeni iş yerləri yaradırıq, çiçəklənmə və əməkdaşlığı təmin edirik. Xəzər dənizindən Adriatik dənizinədək müxtəlif ölkələrdə 50 min yeni iş yeri yaradılıb. “Cənub Qaz Dəhlizi” alternativ enerhi ehtiyatı mənbəyi və alternativ enerji təchizatı marşrutudur”.

O xatırladıb ki, Azərbaycan dünyada ilk dəfə sənaye üsulu ilə neft hasilatına başlayıb:

“19-cu əsrin ortalarında Rusiya imperiyası dövründə Azərbaycanda ilk neft quyusu qazılmışdı və o gündən bəri Azərbaycan beynəlxalq bazarlara neft tədarük edir. Bu il biz nasizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Azərbaycan nefti İkinci Dünya müharibəsində nasizmlə mübarizədə həlledici rol oynayıb. Təsəvvür edin ki, Sovet ordusunda istifadə olunan neftin 75 faizi Bakıdan tədarük olunub”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.