20 Yan
2020
00:00
1756

20
Yan
00:00



Günün qoroskopu: iş danışıqları uğursuz keçəcək

Qoç - bu gün iş danışıqları aparmaq, nüfuzlu adamlarla, dövlət orqanlarının nümayəndələri ilə görüşmək tövsiyə olunmur. Sənədlərin rəsmiləşdirilməsində problemlər yarana bilər. Hüquqi və təşkilati məsələlərinin həlli üçün münasib gün deyil. Yerinə yetirməyin çətin olduğu vədlər verməməyə, yaxşı münasibətləri qorumaq istədiyiniz insanları aldatmamağa çalışın.

Buğa - bu gün ciddi emosional sarsıntı ilə yadda qalacaq. Məsələ burasındadır ki, az qala mələk hesab etdiyiniz adam bu gün qarşınza çox pis halda çıxacaq. Məyusluq çox güclü olacaq. Başa düşəcəksiniz ki, bu gün ləyaqətsiz davranan adama vaxtilə çox şeyi etibar etmisiniz.

Əkizlər - vacib işləri yalnız o halda uğurla başa çatdırmaq mümünkündür ki, məsələyə nüfuzlu adam qarışsın. Himayədarı olmayan Əkizlər itkiləri azaltmağa çalışmalıdırlar. Bu, hazırkı vəziyyətdə ən yaxşı yoldur.

Xərçəng - iş danışıqları uğursuz keçəcək, konstruktiv məcrada başlayan diskussiyalar sonradan qalmaqala çevrilə bilər. Vacib xəbərlər gecikmə ilə gələcək. Bu, texniki problemlərlə bağlı ola bilər. Nəticə çıxarmağa tələsməyin, daxil olan informasiyanı heç bir xırdalığı gözdən qaçırmadan dərindən təhlil etməyə çalışın.

Şir - vacib qərarların qəbulundan çəkinmək tövsiyə olunur. Nəzərə alın ki, bütün gün ərzində qadınlarla yola getmək çətin olacaq. Xüsusilə, orta yaşlı və ağbirçək xanımlarla dil tapmaq  çətin olacaq.

Qız - peşə uğurları cüzi olacaq. Qızlar uzun-uzadı düşünürlər və hərəkət etmək üçün vaxt qalmır. Başqasının nümunə götürməyə meyl var. Amma bunu etmək olmaz. Ulduzlar müstəqil qərarlar qəbul edənləri dəstəkləyir. Maddi vəziyyətin bir qədər yaxşılaşması gözlənilir. Amma bazarlıq məsələlərində tələsməmək lazımdır.

Tərəzi - sizi narahat gün gözləyir. Bürcün nümayənlərinin qarşısı alınmaz fantaziyası onları şübhə və yanlışlıq yolu ilə aparacaq. Hədəfə daha tez çatmağa imkan verən artıq keçilmiş yol çox darıxdırıcı təsir bağışlayır. Odur ki, siz öz bildiyiniz kimi hərəkət edir, qəbul olunmuş qaydaları pozur, hətta, sizə ağıl vermək istəyənlərdən inciyirsiniz.

Əqrəb - sevdiyiniz adamla inciklik istisna deyil. Özü də bunun səbəbi çox əhəmiyyətsiz olacaq. Tək daxili yox, həm də xarici sakitliyi qorumağa çalışın. Nə qədər ki, ağı emosiyalara nəzarət edir, münasibətlər üçün təhlükə yoxdur.

Oxatan - əlverişli gündür. Çoxlarına əsəbilik xasdır. Emosiyalar (əsasən mənfi) düzgün qərarlar qəbul etməyə mane olacaq. Bundan başqa, insanlar küsəyən olacaqlar və bu səbəbdən gün ərzində çoxsaylı çətin vəziyyətlər yaranacaq.

Oğlaq - günün birinci yarısında ünsiyyət zamanı ehtiyatlı olmalısınız. Siz hər şeyə tez inanırsınız və bu səbəbdən başqalarının manipulyasiya və intriqalarının qurbanına çevrilə bilərsiniz. Sizi aldatmaq, həqiqətlə heç bir əlaqəsi olmayan şeylərə inandırmaq üçün xüsusi məkrə ehtiyac yoxdur.

Dolça - bu gün çox əlverişli emosional fonu ilə fərqlənəcək. Əhval-ruhiyyəniz yaxşı olacaq və çətin ki, nəsə sizi tarazlıqdan çıxara bilsin. İşdə əhəmiyyətli uğurlar mümkündür. Siz heç bir zəhmət çəkmədən rəhbərik və işgüzar partnyorlarınızın hörmətini qazanacaqsınız. Hətta əvvəllər sizin səlahiyyətiniz daxilində olmayan məsələlərin də öhdəsindən əla gələcəksiniz. Yeni və faydalı nəsə öyrənmək üçün münasib gündür.
 
Balıqlar - romantik münasibətlər baxımından çox çətin gündür. Sevdiyiniz adamla fikir ayrılıqları ehtimalı çox yüksəkdir. Üstəlik, Balıqlar bu gün çox əsəbi və tələbkar olacaqlar. Əgər özünüzü dostcanlı aparmaq alınmırsa, heç olmasa, kəskin ifadə və eyhamlardan uzaq durmağa çalışın. Çətin ki, bu gün tənqidi nəzakətli şəkildə ifadə edə biləsiniz.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.