18 Iyul
2020
12:55
19195
18
Iyul
12:55



Hakerlər smartfonları uzaqdan partlatmağı öyrəniblər

Hakerlər telefon şarj cihazlarını uzaqdan yandırmağı öyrəniblər.

“cnTechPost”un məlumatına görə, bu barədə “Tencent Security Xuanwu Lab”ın apardığı araşdırmadan sonra məlum olub.

Proqram təminatındakı zəiflik mütəxəssislər tərəfindən “BadPower” adlandırılıb. Belə ki, hakerlər devaysın müdafiə proqramından yan keçərək, sürətli şarjı dəstəkləyən istənilən smartfona uzaqdan qoşula bilirlər.

Bir çox digər zəifliklərdən fərqli olaraq, “BadPower” şəxsi məlumatların oğurluğu ilə deyil, telefona fiziki hücumla bağlıdır. Hücumçular şarjda olan cihaza daxil olaraq, batareyaya həddən artıq güc tədarükünə səbəb olurlar. Nəticədə, smartfon isinməyə başlayır və yanır.

Mütəxəssislər səkkiz fərqli markadan olan 35 sürətli şarj cihazını sınayıblar və onlardan 18-nin bu cür hücumlara həssas olduğunu təsbit ediblər.

“BadPower”dən qorunmaq üçün mütəxəssislər mütəmadi olaraq smartfonların təminat proqramlarını yeniləməyi və mümkün qədər digər insanların şarj cihazlarından istifadə etməməyi məsləhət görürlər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda qadın güllələnərək öldürülüb







Sumqayıtda "LADA" yanıb







Bakıda çoxmərtəbəli binada yanğın olub







Quba-Xaçmaz yolunda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.