Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



29 May
2019
04:30
3036



Hansi saç rənginin sizə yaraşacağina qərar verən ayna - VİDEO

Salonda qadınların yaşadığı ən böyük problemlərdən biri, saçlarına edilən dəyişikliklərdən sonra arzu etdikləri nəticəni ala bilməmələridir. Bəzən fotoşəkillərdə görünən və bəyənilərək seçilən saç düzümü və ya rənglər şəxsin dəri və ya üz formasına uyğun gəlmir. Buna görə, proses eyni ilə tətbiq olunmasına baxmayaraq, çox vaxt nəticə, müştəri narazılığına səbəb ola bilər. Artıq bu problem də texnologiya ilə aradan qaldırılır.

XeberOxu.Az chip.az-a istinadən bildirir ki, CareOS texnologiya şirkəti, Artemis adlı ağıllı aynası ilə yeni bir layihə yaratdı. Güzgü, qarşısında oturan şəxsin dərisini təhlil edərək, müvafiq saç rəngi təklif etmək imkanına malikdir. İstifadəçi güzgüdə fərqli rəng seçimlərini, saç düzümlərini və s. seçə bilər. Digər tərəfdən dəri analizi dəri üçün lazım olan kosmetik məhsullarının siyahısını müştəriyə təqdim edə bilir. Tövsiyə edilən məhsulların hətta satışını həyata keçirən bu ağıllı aynada, məhsulların dəriyə necə tətbiq ediləcəyinə dair videolar da izləyə bilərsiniz.

Artemis, virtual reallıq texnologiyasından istifadə edərək çox realist bir təcrübə təqdim edir. Üz tanıma texnologiyası sayəsində bir başqası güzgü qarşısında əyləşərsə, sizin şəxsi məlumatlarınıza daxil ola bilməyəcək. Salonlarda daha maraqla qarşılanması gözlənilən bu güzgülər, hər toxunuşda kirlənib, təmizləmək məcburiyyəti yaranmasın deyə, əlavə olaraq yerləşdirilən funksiya, səslə idarə etməyə imkan yaradır.

Musiqi dinləyərkən, istifadəçilər hava kimi cari məlumatlara da daxil ola biləcəklər. Sağlamlıq baxımından lazımlı həssaslıq göstərən istehsalçı, dərinin təhlili nəticəsində yarana biləcək hər hansı bir problemdə insanları xəbərdar edəcək və insanlara həkim tövsiyəsi edəcək.

 Təəssüf ki, bu smart aynalar hələki, satışda deyil. Lakin, CareOS şirkəti müxtəlif şirkətlərdən teknoloji dəstək gözləyir. Tezliklə istehlaka buraxılacaq Artemis, evlərdə və salonlarda öz yerini tutacaq.
Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az