29 Iyun
2020
12:56
2581

29
Iyun
12:56



Həmvətinimiz Qazaxıstanın "Ən yaxşı jurnalist" mükafatına layiq görülüb

Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi bu ölkədə türk və rus dillərində nəşr olunan “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, soydaşımız Rövşən İsmayılovu (Məmmədoğlu) "Ən yaxşı jurnalist" nişanı ilə təltif edib.

Qeyd edək ki, jurnalistin rəhbərlik etdiyi “Ahıska” qəzeti Qazaxıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri, xüsusən də, digər milli azlıqların qəzetləri arasında fərqliliyi ilə seçilir. Dünya Ahıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanovun himayəsi ilə nəşr olunan “Ahıska” qəzeti bu il 20 illik yubileyini qeyd edir. Qazaxıstanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, burada yaşayan Ahıska türkləri və digər milli azlıqlarla, eləcə də buradakı etnik azərbaycanlılar və Azərbaycan diasporu ilə bağlı xəbərləri işıqlandıran qəzet bir neçə il öncə TÜRKSOY təşkilatının "Türk Dünyasına Xidmət" mükafatına da layiq görülüb.

Rövşən İsmayılov 1966-cı il dekabrın 16-da Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Azərbaycanda “Axtarış” və “Veteran” qəzetlərinin baş redaktoru olub. 2004-cü ildən Qazaxıstanda nəşr olunan “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, 9 kitabın müəllifidir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.