Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
16:42
675

20
Iyun
16:42




Hər il dünyada hava çirklənməsindən 7 milyondan çox insan dünyasını dəyişir

“Azərkosmos” 17 iyun 2019-cu il tarixində Fransa Respublikasının Le Burje kommunasında hər iki ildən bir keçirilən və dünyanın ən mötəbər tədbirlərindən biri olan 53-cü Beynəlxalq Paris Aviasiya Şousunda iştirak edib.

“Azərkosmos”dan Xeberoxu.az-a verilən məlumata görə, tədbir çərçivəsində Fransa “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin (CNES) təşəbbüsü ilə yaradılan “Kosmik İqlim Rəsədxanası” (SCO) üçün birgə bəyannaməni imzalamaqla adıçəkilən təşəbbüsə qoşulub. Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutan tədbir zamanı bəyannaməni BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadə üzrə Komitəsi, Avropa Kosmik Agenliyi, Avstriya, Braziliya, Çin, İngiltərə, İsrail, Hindistan və sair ölkələrin kosmik agentlikləri də daxil olmaqla ümumilikdə 21 tərəf imzalayıb.

2017-ci ildə yaradılan “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün məqsədi dünya ölkələrinin kosmik agentliklərini hazırda bəşəriyyət üçün vacib olan iqlim dəyişiklikləri təhlükəsinə qarşı səmərəli və proqressiv cavab tədbirlərinə yönəltməkdir. “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün əsas fəaliyyət sahəsinə iqlim dəyişikliyinin ekoloji böhranlara səbəb olan təsirlərini modelləşdirmək, bu təsirləri izləmək üçün peyk resurslarını elmi tədqiqatlarla birləşdirmək, iqlim dəyişikliyinin ortaya çıxardığı problemləri müasir texnologiyaların köməyi ilə həll etmək, bu işdə xüsusilə süni intellekt həllərinin tətbiqini genişləndirmək daxildir.

Hər il dünyada hava çirklənməsindən 7 milyondan çox insanın dünyasını dəyişdiyini nəzərə alsaq, bu təşəbbüs insanlığın gələcəyi üçün atılmış mühüm bir addımdır.

“Azərkosmos” da “Kosmik İqlim Rəsədxanası” təşəbbüsünün iştirakçısı olmaqla ətraf mühitin qorumnasına dair fəaliyyətlərə dəstəyini daha da gücləndirəcək. Eləcə də, peyk məlumatları ilə iqlim dəyişikliyinin ətraf mühitə və insanlara təsirlərinin müəyyənləşdirilməsinə və konkret həll üsullarının təklif olunmasına öz töhfəsini verəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az