Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
02:00
363

01
Okt
02:00



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Açılan divarlar” ictimai incəsənət layihəsinin təqdimat mərasimində iştirak edib

Sentyabrın 30-da Nəsimi festivalı çərçivəsində Qala qəsəbəsində "Açılan divarlar" ictimai incəsənət layihəsinin təqdimatı olub.

Xeberoxu.Az-ın məlumatına görə, layihənin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Ötən ildən həyata keçirilən layihədə yeddi əcnəbi və iki yerli qrafiti rəssamı iştirak edərək köhnə sənaye anbarı üzərində inanılmaz divar rəsmləri yaradıblar.

Bildirilib ki, layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların "urban/street art" (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunur.

Əsas məqsəd yalnız məşhur rəssamların işlərini göstərmək deyil, həmçinin yerli istedadları da bu layihəyə cəlb etmək olub.

Qeyd edilib ki, Nəsimi şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində bu il, həm də uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının iştirakı ilə "Ümidin yaradılması" sosial-mədəni layihəsi də həyata keçirilib. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb.

Festival çərçivəsində bu köynəklərin nümayişi də olub. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.

Sonra qonaqlar hər iki layihə ilə tanış olublar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az