AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 Mart
2019
01:37
417



Heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən 2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Goranboy rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

DBX-dən Xeberoxu.az-a verilən məlumata görə, hazırda ölkədə olduğu kimi, Goranboy rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Goranboy Rayon Baytarlıq İdarəsinin 18 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün kənd və qəsəbələrində aparılır.

Goranboy rayonu ərazisində 41 300 baş iribuynuzlu, 220 000 baş xırdabuynuzlu, 2 000 baş təkdırnaqlı, 508 500 baş quş və 12 678 arı ailəsi mövcuddur.

Hazırda Goranboy Rayon Baytarlıq İdarəsi tərəfindən Balakürd kənd sakini Nəbiyev Əfqan Sovetxan oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında 262 baş iribuynuzlu və Muzdurlar kənd sakini Əkbərov Fəxri Vilayət oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında isə 864 baş iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatlarda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbirlər icra edilib.

Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 41 579 baş iribuynuzlu, 2003 baş təkdırnaqlı heyvanda qarayara, 4 154 baş sahibli itdə quduzluq, 222330 baş körpə cücələrdə (“La-sota” ştammı ilə), 85 380 baş ev quşlarında nyukasl (“H” ştammı ilə), 41 350 baş iribuynuzlu dabaq (A,O,“Asiya-1”,Tur-15 tiplərinə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1 846 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün Göygöl Regional Sınaq Laboratoriyasına göndərilib. Eləcə də 8 800 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.

Mart ayının ilk günlərindən isə Goranboy Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 9 345 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Goranboy rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir







Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir







Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az