30 Iyun
2020
07:59
1085

30
Iyun
07:59



Hindistanın Assam ştatının milyondan çox sakini daşqınlardan əziyyət çəkir

Hindistanın Assam ştatında yaşayan bir milyondan çox insan musson yağışlarının doğurduğu daşqınlar səbəbindən evlərini tərk etməyə məcbur olub.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin iki nəfər suda boğulub. Ştatın hakimiyyət orqanlarının məlumatına görə, daşqınlarla bağlı vəziyyət getdikcə gərginləşir.

Leysan yağışları səbəbindən dünyanın ən iri çaylarından biri olan Brahmaputra məcrasından çıxaraq ştatın 2 mindən çox kəndini basıb. Nadir kərgədanların yaşadığı Kaziranqa milli parkının da su altında qaldığı bildirilir.

Hindistanın su resursları üzrə federal idarəsinin məlumatına əsasən, yaxın üç gün ərzində yağıntı miqdarının çoxalması və çaylarda suyun səviyyəsinin daha da artması gözlənilir. Hazırda ştatda xilasetmə əməliyyatları aparılması üçün hərbiləşdirilmiş hissələr yerləşdirilir.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.