Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Avq
2019
09:17
525



Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: Cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Qurban bayramı ilə bağlı Trend-ə müsahibəsi:

- Səyavuş müəllim, Qurban bayramına hazırlıq prosesi necə gedir?

- Bildiyiniz kimi, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərə qayıdış prosesinin bir elementi və bu dəyərlərin tərkib hissəsi olan İslam dininə məxsus bayramların – Ramazan və Qurban bayramlarının rəsmi şəkildə qeyd edilməsi artıq ənənə halını alıb. Bu il Qurban bayramı ilə əlaqədar avqust ayının 12 və 13-ü rəsmi olaraq qeyri-iş günü elan edilib. Vətəndaşların məscidlərdə sərbəst, təhlükəsiz, qanunvericiliyin tələblərinə uyğun şəkildə ibadətlərini yerinə yetirmələrinin təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq işlər görülməkdədir. Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə tövsiyələrini dindarlara çatdırıb. Ölkəmizdə Qurban bayramı namazı 12 avqust saat 9:00-da qılınacaq.

Məlum olduğu kimi, Qurban bayramında adi günlərdən fərqli olaraq daha çox kütləvi şəkildə qurbanlıq heyvanlarının kəsimi və satışı həyata keçirilir. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri tərəfindən kəsimin sanitar-gigiyena tələbləri çərçivəsində icra edilməsi istiqamətində birgə müvafiq tədbirlər planlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda və regionlarda 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi quraşdırılacaq. Həmçinin, kəsiləcək heyvanların sağlamlığının yoxlanılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görüləcəkdir.

- Qurban bayramı ilə bağlı tövsiyələriniz nələrdir?

- Dindarlara, inanclı insanlarımıza tövsiyələrimiz ondan ibarətdir ki, bayramı xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə keçirsinlər. Bu bayramı bir fürsət bilərək övladlarına yardımlaşma və paylaşmanın cəmiyyət üçün faydalarını izah etsinlər, qurban ibadətinin mahiyyətini doğru şəkildə çatdırmağa çalışsınlar, umumiyyətlə İslam dininin ümumbəşəri dəyərlərini, xalqımızın tolerantlıq ənənələrini övladlarına təlqin etsinlər.

Qurban payından sadəcə müsəlmanlara deyil, digər din mənsublarına, eləcə də inancından asılı olmayaraq, bütün ehtiyacı olanlara verilməsi təqdirəlayiq bir davranış olardı. Bu dinimizdə də tövsiyə olunan əməllərdəndir.

Eyni zamanda, Qurban kəsimini həyata keçirərkən azyaşlıların psixoloji durumunu nəzərə alaraq, bunu onların gözü önündə etməsinlər.

Onu da qeyd emək istəyirik ki, bəzi qüvvələr dini ayinlərin icrası zamanı milli-mənəvi dəyərlərimizə, ölkəmizin coğrafi mühitinə uyğun olmayan, kənardan idxal olunan dini təqvimlərdən istifadə edərək ölkəmizdə dini sahədəki sabitliyə və əmin-əmanlığa kölgə salmağa, dindarlarımız arasında ikitirəlik, nifaq yaratmağa cəhd göstərirlər. Bununla əlaqədar olaraq dindar vətəndaşlarımıza yad ünsürlərin zərərli təbliğatına uymamağı və dini ayinlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanmış təqvimlərdən istifadə etməyi tövsiyə edirik.

Bildirmək istəyirik ki, bayramlar özündə birlik və həmrəyliyi təcəssüm etdirir. Buna görə də bayramları mahiyyətinə uyğun şəkildə, birlikdə keçirməliyik. Qeyd edilənləri nəzərə alaraq, bu il də Qurban bayramını və ibadətlərimizi Qafqaz Müsəlmanları İdarəsinin təqvimində göstərilən tarixdə və vaxtda həyata keçirərək, hər addımda aramıza nifaq salmağa, özündə mənəvi yüksəlişi ehtiva edən dini bayramlarda cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az