Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Avq
2019
17:28
606



Cəlil Xəlilov: Minsk qrupu, BMT və aparıcı dövlətlər Paşinyanın təxribat xarakterli bəyanatına münasibət bidlirməlidir

Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə sonuncu səfəri əsnasında Qarabağın Ermənistana məxsusluğu ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanda ciddi rezonansa səbəb olub. Baş verənləri rəsmi İrəvanın növbəti həyasızlığı kimi dəyərləndirən bəzi siyasətçilər, partiya sədrləri və vətəndaş cəmiyyəti nümayəndələri məlum bəyanatdan sonra Azərbaycanın Qarabağ probleminin həllində daha sərt addımlar atmasının vacibliyini vurğulamaqdadır.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Paşinyanın məlum bəyanatı və bu bəyanatın doğurduğu situasiyanı şərh edib:

-Cəlil müəllim, öncə Paşinyanın məlum bəyanatı ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə Paşinyanın Qarabağı Ermənistan ərazisi adlandırmasından sonra beynəlxalq təşkilatlar, xüsusilə də BMT və ATƏT işğalçı ölkə ilə bağlı hansı addımlar atmalıdır?

-Hər şeydən əvvəl, ATƏT-in Minsk qrupuna həmsədrləri Paşinyanın bəyanatına çevik şəkildə münasibət bildirməlidirlər. Bu bəyanat sübut edir ki, Ermənistan heç də problemin sülh yolu ilə həllinə maraq göstərmir, təxribatçı fikirlərlə həm beynəlxalq ictimaiyyəti çaşdlrmağa çalışır, həm də danışıqlardan yayınmağa cəhd göstərir.

Paşinyan dünya ictimaiyyətinin gözü qarşısında tarixi həqiqəti inkar edərək Qarabağın Ermənistana məxsusluğunu iddia edir. Bununla bir daha sübut edir ki, Qarabağ probleminin arxasında məhz Ermənistan dayanır. Paşinyan sözdə Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, əməli baxımdan separatçı mövqe tutub və işğalçılıq siyasətindən əl çəkmək istəmir. Odur ki, dünyanın aparıcı dövlətləri, xüsusilə də Rusiya, ABŞ və Fransa, eləcə də BMT, ATƏT baş verənlərə münasibət bidlriməlidirlər.

-Xankəndi olayları Paşinyan və onun rəhbərlik etdiyi hökumətə qarşı cəza xarakterli hansısa sanksiya və qadağaların tətbiqini aktualalşdıra bilərmi?

-Təbii. Hesab edirəm ki, Paşinyan hökumətinə qarşı xüsusi sanksiyalar tərbiq edilməlidir. Onun bu addımına hüquqi qiymət verilməlidir. Paşinyan beynəlxalq təşkilatlar tərəfindən də qınaq hədəfinə çevrilməlidir. İrəvana qarşı siyasi, iqtisadi və hərbi sanksiyalar tətbiq olunmalıdır. Erməni separatçılarının işağldakı torpaqlardan çıxarılması üçün ölkəmizə dəstək verilməlidir. Bütün bu addımların atılması işğalçının cəzalandırılması, işğala məruz qalan ölkənin hüquqlarının qorunması baxımından zəruridir.

-Sizcə Ermənistanın bütün region üçün təhlükə doğuran təxribatçı bəyanatlarına Azərbaycana qonşu olan dövlətlərin də münasibət bildirməsi məntiqli olmazmı?

-Şübhəsiz. Baş verənlərə qonşu ölkələr də münasibət bildirməli, öz mövqelərini açıq şəkildə ortaya qoymalıdırlar. Ermənistanla siyasi-iqtisadi əlaqələrə malik olan İran və Rusiyanın belə bir mövqe ortaya qoyması xüsusilə vacibdir. Onlar erməni separatçılarına qarşı mübarizədə ölkəmizə dəstək verməli, ədalətin yanında yer almalıdırlar. Aparıcı dövlətlər də bu məsələdə susqunluq sərgiləməməlidir.

Maraqlıdır, aparıcı dövlətlərin ərazisində hansısa xalq özünə ikinci bir dövlət yaratmaq istəsə, onların reaksiyası necə olar? Onlar buna razı olarlarmı? Əlbəttə, olmazlar! Əgər olmazlarsa, o zaman niyə Azərbaycanın haqlı mövqeyinə, haqlı tələbinə dəstək vermirlər? Onlar unutmasınlar ki, Qarabağ gərginliyi alovlana və beynəlxalq münaqişəyə çevrilə bilər. Bu isə bütün region, bütün dünya üçün ciddi təhlükə deməkdir.

-Respublika Veteranlar Təşkilatı olaraq Paşinyanın təxribatçı bəyanatı ilə bağlı hansı addlmlar atmağı düşünürsünüz?

- Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayacaq, bəyanatlarla çıxış edəcəyik. Tələb edəcəyik ki, təcili olaraq aparıcı dövlətlər, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirsinlər. Ermənistanı işğalçılıq iddiasından əl çəkməyə vadar etsinlər.

-Paşinyanın sözügedən bəyanatından sonra Azərbaycan cəmiyyətində müharibə çağırışlarının artması müşahidə edilir. Sizcə düşmənin öz işğalçılıq mövqeyində təkid etməsi, ölkəmizlə bağlı yeni təxribatlara əl atması Azərbaycanı Qarabağ probleminin həllində sülh variantından imtina etmək, müharibə variantına əl atmaq məcburiyyəti ilə üz-üzə qoya bilərmi?

-Əslində Ermənistan Azərbaycanı məcbur edir ki, danışıqları dayandırıb torpaqların hərbi yolla azad edilməsi istiqamətində addımlar atsın. Azərbaycanın öz torpaqlarının sahibi kimi belə bir addım atmağa hüququ var.

Azərbaycan sülhməramlı ölkədir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri ilə yanaşı, ermənilər də yaşaır. Onlar dövlət orqanlarında da təmsil olunur. Lakin Azərbaycan ərazisində yaşayan hər kəs Azərbaycan qanunlarına əməl etməli, konstitusiyamızın tələblərini yerinə yetirməlidir.

Xalqın səbri tükənib. Biz problemin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq hüquq və praktikanın bütün imkanlarından istifadə etmişik. Ölkə başçımız problemin danışıqlar yolu ilə həllinə böyük qüvvə və enerji sərf edib. Bütün imkanlardan istifadə olunub ki, problem sülh yolu ilə həll edilsin. Lakin görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib.

Ermənistan bununla beynəlxalq hüquqi normaları təhlükə altında qoyur, bunu qəbul etmədiklərini göstərirlər. Bu isə Azərbaycanın səbrini daşırmaqdadır. Odur ki, əgər Ermənistan təxribatlarından əl çəkməzsə, bu, Azərbaycanı Qarabağ probleminin həllini fərqli müstəviyə daşımaq məcburiyyəti ilə üz-üzə qoya bilər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az