12 Avq 2019
13:39
![]() |
12
Avq 13:39
![]() Novruz Məmmədov: Azərbaycan Türkmənistanla əlaqələrin möhkəmlənməsində maraqlıdır Baş nazir Novruz Məmmədov bu gün Avazada Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb. XeberOxu.az-ın məlumatına görə, görüşdə N.Məmmədov bildirib ki, Azərbaycan Türkmənistanla əlaqələrin möhkəmlənməsində maraqlıdır. Tərəflər Xəzər regionu ölkələri arasında ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsində konstruktiv əməkdaşlığın davam etdirilməsinin vacibliyindən danışıblar. Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında avqustun 11-12-də Birinci Xəzər İqtisadi Forumu keçirilir. Forumun təşkilati, informasiya və texniki dəstəyi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və Türkmənistan Xarici İşlər Nazirinin rəhbərlik etdiyi Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Birinci Xəzər İqtisadi Forumunun gündəliyinə ticarət və iqtisadi əlaqələrin inkişafı, əsasən də böyük layihələr üçün şəraitin yaradılması, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı dövlətlərin qarşılıqlı maraq kəsb edən digər sahələrində investisiya cəlbediciliyi mövzusunda müzakirələr daxildir. Həmçinin forum çərçivəsində beynəlxalq konfrans, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, işgüzar dairələrin və şirkətlərin nümayəndələri arasında görüşlərin təşkili nəzərdə tutulub. Foruma Xəzəryanı ölkələrin nümayəndə heyətləri, hökumət başçıları və üzvləri, sahilyanı regionların və regional icra orqanlarının rəhbərləri, bank sektorunun nümayəndələri və Xəzər regionunun və maraqlı ölkələrin işgüzar dairələri, tədqiqatçılar və iqtisadiyyatın inkişafı ilə məşğul olan şirkətlərin rəhbərləri dəvət olunub. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video
Altı yaşlı qız dəm qazından ölüb
İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb
|
SAYT HAQQINDA
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. |
KEÇİDLƏR
Ana səhifə Haqqımızda Reklam Əlaqə |
ƏLAQƏ
(012) 436-28-31 info@xeberoxu.az |
SAYĞAC
|