Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
19:10
294



Sahil Babayev Tovuzda vətəndaşlarla görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tovuz rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

Nazirlikdən XeberOxu.az-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ümummilli lider Heydər Əliyevin Tovuz rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşlarla görüşündə S.Babayev ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb. Nazir sosial sahədə aparılan islahatlar, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ildə təqdim etdiyi iki sosial paketin nəticəsi olaraq müavinət və təqaüdlərin, minimum pensiyanın, əmək haqlarının artırılması istiqamətində atılan inqilabi addımlar barədə məlumat verib. Aktiv məşğulluq proqramlarının geniş miqyas alması, bu proqramların icrasında həssas qruplara üstünlük verilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.

Vətəndaşların məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, pensiya və sosial müavinət, əlillik, reabilitasiya və sosial xidmətlər, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilərək cavablandırılıb. S.Babayevin tapşırıqlarına uyğun olaraq, ayrı-ayrı vətəndaşlar müraciətləri nəzərə alınmaqla, özünüməşğulluq proqramına, peşə hazırlığına, nazirliyin reabilitasiya müəssisələrində bərpa müalicəsinə, reabilitasiya və sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar. Məşğulluq üçün müraciət edən bir qisim vətəndaşa ərazi üzrə vakant iş yerləri təklif olunub və onlara əmək bacarıqlarına uyğun münasib iş yerlərinə göndərişlər təqdim edilib. Eləcə də müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərlə bağlı vətəndaşlara izahatlar verilib.

 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az