Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
23:00
237



Tovuzda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına baxış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov həmin rayonda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış ayrı-ayrı ailə təsərrüfatlarına baxış keçiriblər.

Nazirlikdən XeberOxu.az-a verilən məlumata görə, ötən il Tovuz rayonunda 178 ailə özünüməşğulluq proqramına cəlb edilib.

Onlar verilmiş aktivlər hesabına öz kiçik ailə təsərrüfatlarını yaradıblar. Həmin təsərrüfatların böyük əksəriyyəti heyvandarlıq, qalan hissəsi isə xidmət sahələri üzrədir. Cari ilin ötən dövründə isə rayonda artıq 100-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub.

Proqram iştirakçıları ilə görüşən S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının ildən-ilə genişləndirildiyini deyib. O, proqramın aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına, sahibkarlıq vərdişlərinə yiyələnmələrinə imkan yaratdığını vurğulayıb. Nazir qeyd edib ki, proqrama cəlb edilənlər əsasən əlillliyi olan şəxslərdən, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən ibarətdir.

S.Babayev proqram iştirakçılarının dövlətin yaratdığı bu imkandan düzgün və səmərəli fayadalanaraq, öz təsərrüfatlarını getdikcə genişləndirəcəklərinə əminliyini bildirib.

Baxış zamanı işsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlər hesabına yaratdıqları təsərrüfatları normal şəkildə idarə etdikləri və inkişaf etdirmək üçün səy göstərdikləri müşahidə edilib.

Proqram iştirakçıları aztəminatlı ailələrin rifah səviyyəsinin yaxşılaşdırılması üçün aparılan ardıcıl işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar özünüməşğulluq proqramına cəlb edildiklərinə və kiçik ailə təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az