07 Apr 2021
12:52
![]() |
07
Apr 12:52
![]() Jurnalistlər Zəngilan şəhərindədir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Zəngilan şəhərinə mediatur təşkil olunub. XeberOxu.Az-ın Zəngilana ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, səfər zamanı jurnalistlər şəhərinin girişində meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçiriblər və erməni vandallarının törətdikləri vəhşiliklərin şahidi olublar. Media nümayəndələri daha sonra rayonun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, həmçinin Sarıqışlaq kəndi yaxınlığında yerləşən “Zəngilan əhəng xammalı yatağı”na və Ördəkli kəndi ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baxış keçirəcəklər. Qeyd edək ki, səfərin məqsədi işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, hidroqrafiyasına və digər təbii sərvətlərə baxışın keçirilməsidir. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bu il baş verən yol qəzaları ilə bağlı məlumat
Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var
Özünü Kürə ataraq intihar edən Yevlax sakini
Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO
|
|