29 Iyun
2020
15:39
1945

29
Iyun
15:39



KİV nümayəndələri üçün “Koronavirus 2” adlı virtual foto sərgi hazırlanılıb

Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Bu çətin dönəmdə “Görünməyən qəhrəmanlar” adlandırılan bir çox peşə sahibləri kimi, kütləvi informasiya vasitələrinin nümayəndələrinin də rolu danılmazdır. Çünki bu peşə sahibləri də öz sağlamlığını təhlükə altına ataraq virusla mübarizə aparanlarla çiyin-çiyinə əzmlə çalışaraq əhalini məlumatlandırmağa çalışırlar.

XeberOxu.Az-ın məlumatına görə, bir müddət öncə pandemiya dövründə fədakarlıqları ilə seçilənlər sırasında mətbuatda çalışan fotoqrafların xüsusi yeri olduğunu, onların öz sağlamlığını təhlükə altına ataraq karantin günlərində virusun yaratdığı fəsadları foto kameralarının yaddaşına həkk etmələri barədə məlumat verilmişdir. Bununla əlaqədar olaraq “Gilavar” Azərbaycan Foto Klubu fərqli sosial layihə ilə çıxış etmişdir. “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan foto klub tərəfindən “Koronavirus” adlı virtual foto sərgi hazırlanıb. Sərgiyə olan maraq nəzərə alınaraq layihənin davamı kimi “Koronavirus 2” adlı ikinci bir virtual sərgi ərsəyə gətirilib.

Layihənin rəhbəri, fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu dəfə foto klub tərəfindən fərqli mövzuda virtual foto sərgi hazırlanıb. Ümumiyyətlə bu virtual sərginin yaradılmasında məqsəd heç bir çətinliyə baxmayaraq xəstəlik riskini göz önünə alaraq kadr arxasında qalaraq peşə fəaliyyətini davam etdirən insanları cəmiyyətə tanıtdırmaqdır. Eyni zaman da bu insanların zəhmətlərinə cüzi də olsa dəyər və dəstək verməkdir. İlk virtual sərgidən fərqli olaraq bu sərgidə adi və sərt karantin günlərində yalnız iş başında olan media nümayəndələrinin fotoları sərgilənir. Virtual sərgidə 5 mətbuat katibi, 19 jurnalist, 19 fotoqraf və 12 video operatorun 55 şəxsi fotosu yer alıb”.

Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən hazırlanan “Koronavirus” adlı ilk virtual sərgidə 19 azərbaycanlı fotoqrafın pandemiya dövründə çəkdiyi 56 fotosu sərgilənib.

Bu keçidlərə daxil olmaqla virtual sərgini ziyarət etmək, sərgilənən fotolara baxmaq və yaxud video formatda seyr etmək mümkündür:

https://www.artsteps.com/view/5e9ab18308293b32ee67c5e8
https://youtu.be/zaV1IN01GiE

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Media xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.