# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
19:45
1314

22
May
19:45



"KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ-Oğuz “KOB Dostu” ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyası çərçivəsində rayonda xidmət, ticarət və sənaye sahəsində fəaliyyət göstərən sahibkarlara qoruyucu maska və əlcək paylayıblar.

KOBİA-dan XeberOxu.Az-a  bildirilib ki, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə təşkil olunmuş aksiya çərçivəsində müəssisə və ictimai iaşə obyektləri ilə yanaşı, əhalinin daha çox toplaşdığı yerlərdə vətəndaşlara da qoruyucu vasitələr təqdim edilib.

Ümumilikdə aksiya çərçivəsində indiyədək “KOB könüllüləri” və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tərəfindən 250-yə yaxın sahibkar və vətəndaşa maska və əlcək paylanılıb.
Həmçinin könüllülər Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara əməl etməklə özlərinin və yaxınlarının sağlamlıqlarını qoruya biləcəklərini bir daha sahibkarların və vətəndaşların diqqətinə çatdırıb, onlara maarifləndirici bukletlər təqdim ediblər.

Aksiya may ayının sonuna qədər davam edəcək. Könüllülərin bu nəcib aksiyası Qəbələ sakinləri tərəfindən maraqla qarşılanıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.