28 Iyun
2020
16:09
5807

28
Iyun
16:09



Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub

Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub. Türkoloq Herman Kielin tərcüməsində işıq üzü görən romanın redaktoru Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Arasdır.
"Amazon", “Booklooker”, “Epubli” kimi böyük kitab satış saytlarında "Das Tal Der Magier" adı ilə yer alan əsər "PEM" və "Epubli" nəşriyyatlarında yayınlanıb.

XeberOxu.Az-ın  ADU-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, alman naşirlər romanı "Şərqin sirləri Kamal Abdullanın zəngin dili və özünəxas fəlsəfi izah tərziylə Qərb oxucusunu əfsunlamağa davam edəcəkdir” təqdimatı ilə oxucuların ixtiyarına verib.

Kitabın redaktoru Orhan Arası isə “Sehrbazlar dərəsi”nin təqdimatını belə verib: “Hər səhifəsində, hər sətrində bizim keçmişimizdən və ruhumuzda gizli qalan düşüncələrdən səs, ahəng və fikir olan belə bir romanın almanca nəşri ədəbiyyatımıza yeni bir zənginlik qatacaqdır”.

İlk dəfə 2006-cı ildə Bakıda oxuculara təqdim olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.

İtaliyalı professor, məşhur şərqşünas alim və yazıçı Franko Kardini, romanın fransız dilinə tərcüməçisi Daniyet Rottenberq, rusiyalı alim Lyudmila Lavrova, rumıniyalı ədəbiyyatşünas Lyudmila Bejenaru, professor Aydın Talıbzadə və başqaları roman haqqında yüksək fikirlər söyləyiblər.

İtaliyanın Florensiya Universitetinin professoru Franko Kardini roman haqqında fikirlərini bu şəkildə bildirib: “Nadir hallarda ola bilər mən hansısa kitaba görə yuxusuz qalım. Dostum və həmkarım Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ilə də məhz belə oldu, bütün gecəni gözüaçıq keçirdim. Bu roman sanki bir meditasiya növüdür, bir ismarışdır, bəlkə də bir etirafdır. Sanki hər birimizin dəruni avtobioqrafiyasıdır”.

Qeyd edək ki, “Sehrbazlar dərəsi” romanı Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016), Litvada (2013), Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013), İranda (2014), ABŞ-da (2015), İtaliyada (2016) Rumıniyada çap olunub və bu ölkələrdə böyük təqdimat mərasimi keçirilib. Almaniya romanın çap olunduğu 11-ci ölkədir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.