Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



18 Okt
2020
00:55
3204
18
Okt
00:55



Kamran Əliyev: Ermənistan ordusunun təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb

Ermənistan ordusunun təxribatları ilə bağlı artıq müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb. Hazırda lazım olan bütün sübutlar toplanılır və biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gəncədə Azərbaycandakı diplomatik korpusun rəhbərləri və hərbi attaşelər üçün təşkil edilən brifinqdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, Gəncənin bombalanması və dinc əhalinin raket atəşinə məruz qalması birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilib. Onların məsuliyyətə cəlb olunmaları üçün bütün prosedur qaydalara uyğun olaraq həm daxili qanunvericiliyə, həm də beynəlxalq qanunvericiliyin tələblərinə müvafiq sübutlar toplanır. Bunlar barədə müxtəlif vasitələrdən istifadə etməklə həm BMT-nin müvafiq tribunalının yaradılması ilə bağlı, eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsi ilə bağlı iddialar qaldırılacaq.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.