Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
03:45
1413



Kanadanın əyalət parkı və Çexiya-Almaniya dağ-mədən regionu ilə bağlı müsbət qərar qəbul edildi

İyulun 6-da Ümumdünya İrs Komitəsi sessiyasında Dünya İrs Siyahısına daha iki nominasiya daxil edilib.

Mədəniyyət Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, Kanadanın təqdim etdiyi "Daşlar üzərində yazı" əyalət parkı ilə bağlı nominasiyasının müzakirələri zamanı bu ərazidə aborigen əhalinin adət-ənənələrinin qorunması ilə bağlı fikirlər səslənib. Komitə üzvlərindən Çin, Tunis, Avstriya, Avstraliya bu nominasiyanı dəstəklədi və onun ərazidə qaradərili sakinlərin linqvistik hüquqlarının qorunmasına xidmət etdiyi vurğulanıb.

Müzakirələrdən sonra fayl qəbul edilib. Ərazinin qaradərili icmasının nümayəndəsi nominasiya ilə bağlı əlavə addımların atılacağını diqqətə çatdırıb. O, ərazinin qədim mədəni irsini gələcək nəsillərə çatdırılması üçün atılan bu addıma görə Ümumcünya İrs Komitəsinə minnətdarlığını bildirib.

Növbəti müzakirə Çexiya və Almaniyanın birgə təqdimatı –"Ergebirge / Krusnohori dağ-mədən regionu" nominasiyası üzrə aparılıb.

Bildirildi ki, 2004-cü ildə bu nominasiya müzakirəyə çıxarılsa da, sonradan geri götürülmüşdü. Hər iki ölkənin ərazisini əhatə edən bu mədənlə bağlı geniş iş aparılıb. 800 ilə yaxın tarixi olan bu mədəndə ötən dövr ərzində böyük dəyişikliklər olub. 22 bölmədən ibarət bu nominasiyada müzakirə olunduqdan sonra müsbət qərar qəbul edilib və ərazi Dünya İrs Siyahısına salınıb.

Hər iki dövlətin nümayəndələri ev sahibliyinə görə Azərbaycana və müsbət qiymətləndirməyə görə komitəyə minnətdarlıq ediblər.

Bundan əvvəl isə Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının iyulun 6-da keçirilən plenar iclasında gündəliyə uyğun olaraq Koreya Respublikasının “Seovon – Yeni Konfutsi Akademiyası” nominasiyası müzakirəyə çıxarılıb.

Ərazi yeni Konfutsi ənənələrini ehtiva edir. Burada ilk Seovon təlim və inkişafının şahidi oluruq. İlkin dövrün memarlıq üslubu qorunaraq saxlanılıb.

Koreya Respublikasının Seovon akademiyası ilə bağlı nominasiya barədə geniş məlumatında bildirilib ki, bu akademiya XVI-XVII əsrlərdə fəaliyyət göstərib və böyük tarixi ənənə yaradıb. Bu ənənə bu gün müasir tədris sisteminin də inkişafında mühüm rol oynayır. Bu akademiya müasir Konfutsi təhsil sisteminin formalaşmasına güclü təsir göstərib.

Müzakirələrdən sonra fayl qəbul edilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az