# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
00:16
1985

22
May
00:16



Karantin rejiminin Azərbaycan üçün faydaları açıqlandı - RƏSMİ

“Araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb”.

XeberOxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb:

“Diaqramlardan da göründüyü kimi, 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə, nəzərəçarpacaq dərəcədə azdır.

Buna karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması səbəb olub”.

O qeyd edib ki, karantin dövründə tətbiq olunan məhdudlaşdırmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib:

“Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.