# EVDƏQAL
# EVDƏQAL



10 Mart
2020
17:57
4865

10
Mart
17:57



"Kaş ölərdim, bu günü görməzdim"
Əməkdar artist Aybəniz Haşımova qadın haqları ilə bağlı feministlərin keçirdiyi mitinqlə bağlı paylaşım edib.

 XeberOxu.Az xəbər verir ki, müğənni qızların əllərində tutduqları plakatlarda yazılan qeyri-etik ifadələri qınayıb:

"Bunun adı nədir? Kaş mən ölərdim, millətimin bu günə düşməyini görməzdim".

Haşımovanın paylaşımına sənət adamları da reaksiya veriblər.

Əməkdar artist Nüşabə Ələsgərli həmkarının paylaşımına bunları yazıb:

"Bu oğlanlar və qızlar ibtidai icma dövründəki kimi lüt gəzmək istəyirlər. Özlərini başqa ölkədəki heyvanlar kimi göstərmək istəyirlər. Alınmır... 1,5 milyon il əvvəl insan heyvan kimi şüursuz yaşayıb. Sonra şüur yaranıb. İndi bunlar geri qayıtmaq istəyirlər? Yazıqlar, özlərini həyatda təsdiqləyə bilməyənlər... Amma bunlara kömək etmək olar. Afrikada hələ də dəstə kimi şüursuz insanlar var, yollayaq ora. Heyvan kimi lüt və necə gəldi gəzsinlər. Ayıb da olmasın".

Müğənni Nadir Qafarzadə də sosial şəbəkədə bunla bağlı video yayımlayıb. O, qeyri-etik ifadələrlə qızları təhqir edib:

"Bəzi "qadın" adını daşıyan zir-zibillər azadlığı fahişəliklə səhv salıblar. Hara gedirik? Azərbaycan qadını qeyrətli, namusludur. Bunlar bu ada ləkə gətirə bilməyəcklər. Bəzi qadınlara azadlıq verəndə sonu belə olur. Hər şeyin bir sonu və həddi var, bu artıq sondur".

Xalq artisti Afaq Bəşirqızı isə Real TV-yə məsələ ilə bağlı açıqlama verib. Aktrisa "Bütün ata, qardaş və oğullardan aksiyada yazılan şüarlara görə üzr istəyirəm. Bir ayda dörd şəhid vermiş Azərbaycanın qadın və qızlarını ermənilərə, qan tökülməyə etiraz edirlər bildim. Amma yazılanları gördüm, çox təəssüfləndim. Orada cavan, gözəl , hətta savadına şübhə etmədiyim qızlarımızı gördüm. Ağsaqqallardan üzr istəyirəm" sözlərini söyləyib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib







Sosial xidmət müəssisəsində ciddi profilaktik işlər aparılır







Zakir Qaralovun səlahiyyət müddəti bitir







Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır? — RƏSMİ AÇIQLAMA


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.