XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



06 Iyul
2021
18:46
8381
06
Iyul
18:46



Azərbaycan jurnalistləri bəyanat yayıb

Azərbaycan jurnalistləri bəyanat yayıb.

Mətbuat Şurasından verilən məlumata görə, bəyanatda deyilir:

“Sərhədsiz repartyorlar” təşkilatı Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini davam etdirir. Qurumun yaydığı hesabatlarda ölkəmizdə söz və ifadə azadlığı, medianın durumu barədə həqiqətə uyğun olmayan iddiaların irəli sürülməsi, müxtəlif reytinq sıralarında Azərbaycanın ən aşağı yerlərdə göstərilməsi, bunu əsaslandırmaq üçün primitiv forma və metodlardan istifadə olunması adi hal alıb. Məqsəd belə vasitələrlə Azərbaycanı gözdən salmaq, onun beynəlxalq müstəvidəki imicini ləkələməkdir. “Sərhədsiz reportyorlar”ın aşkar manipulyasiyası Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində təəssüf və hiddət doğurur.

Bəşəri dəyərlər olan söz və ifadə azadlığının hansısa təşkilatın və ya onun xidmət etdiyi dairələrin maraq və mənafelərinin təminatında alətə çevrilməsi son dərəcə təhlükəli və zərərli tendensiyadır, haqq və ədalət anlayışına aşkar həqarətdir. Azərbaycan jurnalistləri buna etirazını bildirir, bu halı qəti şəkildə pisləyirlər.

“Sərhədsiz reportyorlar” 44 günlük Vətən Müharibəsi dövründə öz vəzifə borcunu yerinə yetirmiş Azərbaycan və xarici jurnalistlərinin Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmasına heç bir münasibət bildirmədi. Təşkilat azərbaycanlı jurnalistlər – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və AZTV-nin operatoru Sirac Abışovun Kəlbəcərdə mina partlayışı nəticəsində həyatlarını itirmələrinə mahiyyətdən uzaq, ümumi səciyyə daşıyan reaksiya verməklə kifayətləndi. Digər tərəfdən, qurum hər hansı real fakta əsaslanmadan guya azərbaycanlı hərbçilərin Ermənistanla Azərbaycanın sərhəddində çəkiliş aparan ispaniyalı jurnalistləri ölümlə hədələdiklərini iddia etdi. Belə yarıtmaz dəst-xətt seçmiş təşkilatın söz və ifadə azadlığının müdafiəçisi qismində çıxış etməsi bu sahədə beynəlxalq səviyyədə ciddi problemlər olduğunu göstərir.

Azərbaycan jurnalistləri bir daha dünya ictimaiyyətini “Sərhədsiz reportyorlar” kimi bəşəri dəyərlər manipulyatoruna, mətbəxində qərəzin ən müxtəlif ağlagəlməz forma və metodları hazırlanan quruma qarşı səfərbər olmağa çağırır. Heç bir sığorta yoxdur ki, Azərbaycana qarşı seçilmiş primitiv metodlar nə zamansa digər dünya ölkələrinə qarşı da tətbiq olunmayacaqdır. Tətbiq olunur da. Bundan zərər görən isə bütövlükdə bəşəri dəyərlərdir – söz və ifadə azadlığıdır.

“Sərhədsiz repotyorlar”a münasibətdə beynəlxalq ictimaiyyətin ciddi ictimai qınağı olmalıdır. Ciddi, sərt ictimai qınaq formalaşmadıqca azad media prinsipləri siyasi maraq və mənafelərin həyata keçirilməsində alətə çevrilmiş durumda qalacaq. Azərbaycan jurnalistlərini naharat edən həm də budur. Biz, bu durumun aradan qaldırılması, “Sərhədsiz reportyorlar”ın ölkəmizə münasibətdə yol verdiyi haqsızlığın durdurulması naminə əməkdaşlığa, əsl həqiqətləri bölüşməyə, müzakirələr aparmağa hazırıq".

Bəyanata imza atıblar:

Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri;

Ayaz Mirzəyev, Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin rəhbəri;

Xanoğlan Əhmədov, Media və Mülki Cəmiyyət İB-nin rəhbəri;

Azər Xəlilov, ATV kanalının rəhbəri;

Radik İsmayılov, ARB kanalının rəhbəri;

Orxan Fikrətoğlu, müstəqil jurnalist;

Vüsalə Mahirqızı, APA Holdinqin rəhbəri;

Məzahir Süleymanzadə, veteran jurnalist;

Akif Cabbarov, veteran jurnalist;

Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri;

Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri;

Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru;

Tahir Aydınoğlu, “Xalq qəzeti”nin baş redaktorunun müavini;

Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru;

Aydın Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru;

Emin Əliyev, Day.az portalının baş redaktoru;

Həmid Həmidov, “Global Media Group”un media direktoru;

Vüsal Məmmədov, Vzqlyad.az portalının rəhbəri;

Murad Əliyev, “Report” İnformasiya Agentliyinin direktoru;

Cəsarət Hüseynzadə, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin rəhbəri;

Zaur Məmmədov, Bakı Politoloqlar Klubu İB-nin rəhbəri.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib








Şamaxıda qadını şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək qızıllarını alan şəxs tutulub








Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb








Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb - VİDEO



Digər Media xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.