XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



22 Iyul
2021
20:01
5790
22
Iyul
20:01



Mətbuat günü ilə bağlı tədbir keçirilib

Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib.

Xeberoxu.Az xəbər verir ki, tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qalib ölkənin mediasını özündə əks etdirən “Milli Mətbuat günü-146 il” adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 146 illik Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında vurğulayıb ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək məqsədini qarşıya qoyub.

Sonra MEDİA Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə hazırladığı “Əkinçinin doğru sözü” adlı sənədli filminin treyleri nümayiş olunub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini Murad Hüseynov tədbir iştirakçılarına film haqqında məlumat verib.

Tədbirdə Media Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Mətbuat inciləri” jurnalının təqdimatını da edib. Həmçinin MEDİA tərəfindən təşkil olunan Fərdi Jurnalist müsabiqəsi haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. “Mətbuat inciləri” jurnalına həsr olunan video-çarxın nümayişindən sonra tədbir iştirakçıları sərgiylə tanış olublar.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Media xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.