XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



01 Avq
2021
11:57
6015
01
Avq
11:57



Bakıda "Jurnalistlərin münaqişə zonasında davranışları” təlimi keçirilir

Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi (MİA), ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə “Al Jazeera” media şəbəkəsinin Azərbaycanın media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı başlayıb.

Xeberoxu.Az xəbər verir ki, seminar silsiləsinin açılış mərasimində BAMF-ın prezidenti Umud Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, MİA-nın Media subyektləri və Jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, “Al Jazeera” media şəbəkəsinin İctimai Azadlıqlar və İnsan haqları mərkəzinin direktoru, nümayəndə heyətinin rəhbəri Sami Əl Hacc və beynəlxalq təlimçi Bevan David Ris çıxış edərək, təlim proqramının iştirakçılarını mövzu ətrafında təqdim ediləcək mühazirələrə diqqətlə yanaşmağı tövsiyə edərək, eyni zamanda onları müzakirələrdə fəal olmağa çağırıb.

Seminar qaydaları ilə tanışlıqdan sonra təlim proqramına start verilib və “Jurnalistlər üçün Risk Təhlili və Əməliyyat Planlaşdırılması” mövzusunda ilk mühazirə dinlənilib. Daha sonra digər çıxışlarda “Xəbər toplamaqda riskin qiymətləndirilməsi” və “Ballistik təhlükə” məsələlərinə də toxunulub.

Qeyd edək ki, 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək təlim proqramında müxtəlif media subyektlərindən 25 nümayəndə iştirak edəcək.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib








Şamaxıda qadını şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək qızıllarını alan şəxs tutulub








Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb








Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb - VİDEO



Digər Media xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.