XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Avq
2021
17:04
4711
07
Avq
17:04



Şəhid jurnalistlərin ailə üzvləri Qubadakı "Media şəhidləri" parkını ziyarət ediblər - FOTO

Şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri Quba rayonunda Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsinə salınan "Media şəhidləri" parkını ziyarət ediblər.

Xeberoxu.Az xəbər verir ki, şəhidlərin ailə üzvləri parkda jurnalistlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər, ruhlarına dua oxuyublar.

Onlar göstərilən diqqətə görə Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Tədbirdə çıxış edən rayon rəhbərliyi "Media şəhidləri" parkının yaradılmasından danışıb, buranın qubalıların ziyarət yerinə çevirildiyini söyləyiblər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən AZƏRTAC-ın əməkdaşı M.İbrahimov və AzTV-nin operatoru S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində ermənilərin basdırdığı tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.

Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə hər iki şəhid jurnalist 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib








Şamaxıda qadını şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək qızıllarını alan şəxs tutulub








Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb








Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb - VİDEO



Digər Media xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.