XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



14 Avq
2021
14:45
2944
14
Avq
14:45



DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib -FOTO

Avqust ayının 13-ü və 14-də Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əs­gərlərin andiçmə mərasimləri keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Mərasimlərdə çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Vətən Müharibəsində şanlı Qələbənin coşqu­su­nun yaşandığı və Azər­baycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıblar.

Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bü­töv­lüyünün bərpa olunması uğrunda Vətən Müharibəsinin Azərbay­can Res­pub­likası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatması, müqəddəs tor­paqları­mızın azad olun­ma­sında işğalçı düş­mən qüv­və­lərinə qar­şı şərəflə döyüşən sərhədçilərin bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət apar­maları ilə qürur duymaları vurğulanıb.

Azad olunmuş sərhədlərimizin müdafiə və mühafizəsinin təmin olunması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl təd­birlərin həyata ke­çirildiyi, yeni hərbi hissələrin formalaşdırılması, və sərhəd xətti boyu sərhəd zastavalarının bərpa olunması, yeni sərhəd-döyüş mən­təqələrinin fəaliyyətə başlaması qeyd edilib.

Mərasimlərdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulan­ıb.

Tədbirlər zamanı Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhə­ri­nin azad olunma­sında fərqləndiklərinə görə Azərbay­can Res­pub­likasının Pre­zi­denti, Silahlı Qüv­vələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhəd­çi­lərə orden və medallar təqdim olun­ub.

Tədbirlər çərçivəsində Vətən Müharibəsində canla­rını Vətən uğrunda fəda edə­rək həlak olmuş sərhədçilərin xatirə abidəsi açılıb.

Mərasimlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.


Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Hərbi xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.