XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



19 Avq
2021
14:48
1977
19
Avq
14:48



Jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı keçirilib

Bu gün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib. İmtahandan əvvəl Azərbaycan Mətbuat Şurasının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mövzular seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb.

Şuradan  verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov mövzuların kifayət qədər əhatəli olduğunu vurğulayıb. O bildirib ki, 2014-cü ildən ali məktəblərin jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı mexanizmi tətbiq edilir. “Həqiqətən də jurnalistika xüsusi qabiliyyət və istedad tələb edən sahədir. Sahə eyni zamanda strateji əhəmiyyətlidir. Ölkənin informasiya təhlükəsizliyi, cəmiyyətin düzgün yönləndirilməsi kimi mühüm məsələlər var. 44 günlük Vətən müharibəsində də medianın önəmi bir daha vurğulandı. Buna görə jurnalist təhsili məsələsi son dərəcə vacibdir. Qəbulda qabiliyyət imtahanı isə bu vacibliyin təmin edilməsinin ilkin, eyni zamanda son dərəcə həssas mərhələsidir”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul üçün keçirilmiş qabiliyyət imtahanlarında ümumilikdə 700-dən çox abituriyent iştirak edib. Mətbuat Şurasının və Dövlət İmtahan Mərkəzinin birgə ekspert qrupu tərəfindən onların mövzular üzrə yazı işləri qiymətləndiriləcək. Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın günlərdə açıqlanacaq.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Media xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.