XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



24 Avq
2021
23:02
6554
24
Avq
23:02



"Koronavirusa yoluxan bacımı həkimlər öldürdü" - Xalq artistindən ittiham - FOTO
Xalq artisti Zümrüd Məmmədovanın bacısı Arzu Məmmədova koronovirus infeksiyasından vəfat edib.

Bu haqda Axşam.az-a açıqlama verən xanəndə bacısının ölümündə həkimləri günahlandırıb. O bildirib ki, təcili yardım çağırsalar da, gec gəlib və bacısı vəfat edib:"Bacım istirahətdə idi, öskürürdü. Ciyərlərində problem yarandı, koronavirusa yoluxduğunu öyrəndik. Bir dəfə təcili yardım gəldi, heç nə etmədən pul alıb getdi. Bunlar necə müalicə aparır? Səhhəti pisləşmişdi, xəstəxana ilə danışdıq ki, aparaq yerləşdirək. Dedilər, təcili yardım gətirməlidir xəstəxanaya. Təcili yardıma dəfələrlə zəng etdik, "gəlirik" deyib, gəlmədilər. Bacım onların günahı ucbatından vəfat etdi. Mənim bacımı onlar öldürdü. Nəfəs ala bilmirdi, sudurqa keçirdi və vəfat etdi. TƏBİB, səhiyyə işçiləri hara baxır? Yasamal rayonu ərazisində təcili yardım işləmir.

Özümü bağışlaya bilmirəm ki, kaş mən koronovirusdan qorxmayaydım, bacımı özüm maşınıma qoyub aparardım xəstəxanaya. Ölüm qalıb kənarda, ağlamağım yadımdan çıxıb. Bacım səhlənkarlığın qurbanı oldu. Qəsdən gec gəldilər ki, koronovirus xəstəsi vəfat etsin. Dəfələrlə zəng edib yalvardım ki, bacım nəfəs ala bilmir, tez gəlin. Bu cür səhiyyə işçilərinə ar olsun".

Xalq artisti bacısının allergiyası və sudurqası olduğu halda vaksin vurduqlarını söyləyib:

"Arzunun sudurqası var idi. Buna baxmadılar, vaksin vuruldu. Bacım gözümün qabağında sudurqa keçirdi və dünyasını dəyişdi. 50 yaşı var idi, iki körpə balası qaldı. Bacım Arzu illərdir AzTV-də rejissor kimi çalışır".

Zümrüd Məmmədova kürəkəninin də hazırda koronavirusa yoluxduğunu deyib:

"Arzunun həyat yoldaşı da hazırda xəstəxanadadır. O da virusa yoluxub".

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Şou-biznes xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.