XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



27 Avq
2021
16:51
2713
27
Avq
16:51



Gecələr qurudulan gölün qaranlıq tərəfləri - VIDEO
Bura Lökbatan gölüdür. El arasında “Puta gölü”, yaxud “Sədərək gölü” də deyilir. Binə və Sədərək ticarət mərkəzlərinin arasında yerləşir. Yeraltı kanallarla zəncirvari şəkildə genişlənir və deyilənə görə, dənizə belə çıxışı var. Ancaq məsələ gölün qapalı, yoxsa açıq olması deyil. Tək bildiyimiz odur ki, gölə həm kanalizasiya suları axıdılır və sahilləri ucsuz-bucaqsız zibilxanaya çevrilib, həm də kimlərsə gecə vaxtı gölün suyunu qurudur. Məsələn, bura mütəmadi gələn balıqçılar deyir, hazırda dayandıqları yer əvvəllər gölün düz ortası imiş. İndi isə...Hazırda mən “Sədərək gölü” deyilən bu ərazidəyəm. Vətəndaş şikayəti əsasında gəlmişəm. Deyirlər, gölün ərazisi qurudulur. Əvvəllər ön, sonra da arxa tərəfdən bu hissələr qurudulub. Yük maşınları ilə buranı torpaqlayıblar. Bir tərəfdən də, zibilləyirlər. Bununla bağlı da vətəndaşlara heç nə deyilməyib ki, biz hansı tapşırıqla bağlı gəlmişik. Bizə də maraqlıdır ki, burada insanlar həm balıq tutur, həm müxtəlif növ canlılar yaşayır, bir növ flora və fauna var, həm də qoruq kimi fəaliyyət göstərib. Yəni, hardan baxsaq, bu təbii sərvətlərin məhvinə də yönəlik hərəkətdir. Gəlmişik ki, bunu niyə edirlər və etmələri nə qədər əsaslıdır?

Yavaş-yavaş gəlib doldururlar. Maşınlarla gəlir, arxasını verir, tökür torpağı. Görürsüz, təpələr var. Sonra ticarət mərkəzinin zibillərini doldururlar, sellofanlar var içində, təbiətdə məhv olmayan zibillərdir. Həm gölü doldururlar, həm də təbiəti çirkləndirirlər.

Şikayətçi deyir ki, keçən ilin sonları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə etdiyi zəngdən sonra nazirlik əməkdaşları əraziyə gələrək yoxlanış edib. Lakin sonra məktubla ona bildirilib ki, ərazidə müxtəlif vaxtlarda reyd keçirilməsinə rəğmən, nə gölü qurudulması, nə də zibillənməsi müşahidə edilməyib. Biz də balıqçılarla söhbətləşdik.

Əks istiqamətdə, mən burada ola-ola doldurulmağının şahidiyəm. İki-üç ildir ki, başlayıb. Ora getməmişəm, xəbərim yoxdur, bəlkə də davam edir. Mən tez-tez olmuram. Burada görməmişəm. Orda görmüşəm.

Balıqçıların şikayətləri əsasında əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Bildirildi ki, həmin ərazi Qaradağ Rayon İcra Hakimiyyətinin balansındadır. Daha sonra rayon icra hakimiyyətinə gedib rəsmi mövqe almağa çalışsaq da, yenə qənaətbəxş açıqlama ala bilmədik və şifahi söhbətimiz zamanı nümayəndəliyin rəsmisi bildirdi ki, gölün qurudulması qanunsuzluq hesab olunmur.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət elədik. Buradan isə bizə dedilər ki, həmin ərazidəki gölün suyunun qurudulması ilə bağlı şikayət düzgün deyil. Çünki ora ümumiyyətlə, göl yox, qrunt sularının toplandığı yerdir. İkincisi, gölün olduğu torpaq sahəsi hansısa sahibkara ayrılıbsa və burada qeyri yaşayış məntəqəsi tikilirsə, o ərazidə qurudulma prosesi varsa belə, bu qeyri-qanuni sayılmır”.

Uzun illərdən bəri mövcudluğunu qoruyub saxlayan Lökbatan gölünün qurudulması ərazinin ekobalansının da korlanmasına səbəb ola bilər. Ekoloq Rauf Sulatanov bildirdi ki, təbii göllərin qurudulması əvvəlcə ekosistemə, sonra isə torpağa ziyan vurur: “Gölün ətrafında olan anti-sanitar vəziyyət ləğv edilməli, ora əlavə vəsait qoyulmaqla gölün qurudulmasının qarşısı alınmalı və ora qrunt və yağış sularının təkrar dolmasına şərait yaradılmalıdır”.

Bütöv bir gölün suyunun qurudulmasının gələcəkdə hansı problemlərə yol açacağını isə zaman göstərəcək.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.